Загрузка...

“Ramazan ayında azanlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var, bütün məscidlər bu fətvaya əməl etməlidir”.

BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, bu fətva ilə bərabər, Qafqaz Müsəlmanları İdarəsində rəsmi olaraq təsdiq olunmuş təqvim var: “Bu təqvim də Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Belə hallar təkrarlanarsa, ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunaraq, onların cərimələnməsi də var. Təqvimin pozulması ilə bağlı bizə bu günlərdə məlumat daxil olmayıb. Çalışırıq ki, bu, baş verməsin”.

Komitə sədri qeyd edib ki, QMİ-nin fətvası bütün məscidlər üçün icbari xarakter daşıyır: “Hərə öz bildiyini edərsə, xaos yaranar”.