Загрузка...

İngiltərənin Mançester şəhərinin hava limanının terminalı təxliyyə edilib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təxliyyəyə səbəb şübhəli əşyanın aşkar edilməsi göstərilir.

Hazırda hadisə yerində mütəxəssislər işləyir. Hava limanına düşən bəzi təyyarələrin sərnişinləri hələlik çölə buraxılmır.