Suriya hərbçiləri Şərqi Qutada kimyəvi silah istehsal edən laboratoriya aşkarlayıblar.
APA-nın SANA agentliyinə istinadən verdiyi xəbərə görə, silahlılara laboratoriya Aftaris şəhəri yaxınlığında həyata keçirilən əməliyyat zamanı aşkarlanıb.
Məlumata əsasən, xlor tərkibli zəhərli maddələrin xüsusi konteynerlərdə tapıldığı bildirilir. Bundan əlavə laboratoriyada toksik maddələrin istehsalında istifadə olunan qoruyucu kostyum və maskalar tapılıb.
Qeyd edək ki, aprelin 7-də Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində kimyəvi silahın tətbiqi nəticəsində çoxlu sayda insanın öldüyü barədə xəbərlər yayılıb. Suriya və Rusiya hökumətləri bu xəbərləri yalan adlandırır.