“Rusiya 1” kanalının efirində prezidentliyə namizədlərin debatı zamanı Rusiya Kommunist Partiyasının namizədi Maksim Suraykin Maksim Şevçenkoya hücum edib.
Axar.az xəbər verir ki, insident Suraykinin debata dəvət etdiyi qadının çıxışı zamanı başlayıb. Qadını görən kimi digər namizəd Qrudinin efiri tərk edib. Lenin adına zavodda işlədiyini deyən qadın isə Qrudinini onun evini əlindən almaqda və ailəsini çölə tökməkdə ittiham edib.
Bu məqamda digər namizəd – Maksim Şevçenko olaya çox ciddi etirazını bildirib. O deyib ki, namizədlərin debatında bu qadının nə işi var və ona niyə şərait yaradılıb?
Aparıcı isə Suraykinin çıxış etmədiyini bildirib və Şevçenkonun tələbinə uyğun olaraq, Suraykindən “səlahiyyətli nümayəndəsi” danışdığı üçün efiri tərk etməyi xahiş edib.
Bundan sonra Suraykin Şevçenkonun üzərinə hücum çəkib, lakin onu tuta biliblər.