Загрузка...

Rusiyada azərbaycanlı iş adamı Anar Əliyevə qarşı sui-qəsd edilib.

BAKU.WS-in məlumatına görə, biznesmenə hücum anınının videosunu Mash teleqram-kanalı yayıb.

Məlumata görə, güllələnmə Anar Əliyev “Lexus” avtomobili ilə parkinqdən çıxanda həyata keçirilib.

Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, avtomobil Anar Əliyevin evinin yanında olub. Yol ayrıcında naməlum şəxs avtomobilə tərəf qaçaraq sürücünün başına güllə atıb.

Hadisədən dərhal sonra bilinib ki, killer Azərbaycandan olan iş adamı Anar Əliyevi yaralayıb. O xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.