Загрузка...

“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudovanın itlə kinoteatra buraxılmadığı üçün “Park Cinema”nı sərt tənqid etdiyi video yayılıb.

BAKU.WS-in məlumatına görə, İnstagram-da “Park Cinema”nın “Alov qüllələr”də yerləşən filalında baş verənlərdən danışıb.

Ülviyyə Mahmudovaya “Park Cinema”dan bildirilib ki, onu itlə zala buraxa bilməzlər. “Nargis” nəşriyyat evinin rəhbəri bu cavabdan çox məyus olduğunu və növbəti dəfə “CinemaPlus”u seçəcəyini qeyd edib.

BAKU.WS-in aldığı məlumata görə, “CinemaPlus”un Azərbaycan kinoteatrı filialındakı “Platinium” zalına itlə daxil olmağa icazə verilir.