Загрузка...

“Çukur” serialındakı İdris Koçovalı obrazının əslində kimin həyatından götürülərək ssenariləşdirildiyi Türkiyədə əsas maraq mövzulardan birinə çevrilmişdi. Yutube-da yayılan bir videoda İdris Koçovalının məşhur kriminal avtoritet Kürt İdrisin həyatını əks etdirdiyi iddia edilirdi.

 

Musavat.com xəbər verir ki, məşhur avtoritetin oğlu Ali Özbir söylənənlərin heç kimin bilmədiyini deyərək, xəbəri təsdiqləyib. Kriminal avtoritet Kürt İdrisin oğlu onu da qeyd edib ki, bu məlumatları haradan aldıqlarını öyrənmək üçün yaxın zamanda serialı çəkənlərə müraciət edəcək.

 

Kürt İdris kimdir…

 

İdris Özbir 1937-ci ildə Karsda doğulub. 6 yaşında anasını itirən İdris babası tərəfindən böyüdülüb. O, 70-ci illərdə İstanbula gələrək, burada xidmətçi işləyib. Məlumata görə, o, İstanbula gəldiyi vaxtlarda türkcə bir kəlimə də bilməyib. Elə Kürt ləqəbi də ona o vaxtdan verilib. İstanbulda kiçik cinayətlər törədən İdris Kürt 80-cı illərdə klub və barlarda fədailik edib. Burada da o, “mafiya babaları” ilə tanış olub. Onun məşhur kriminal avtoritet Dündar Kılıçla möhkəm dost olduğu da bildirilir. İdris Kürt bir müddət sonra öz mafiya dəstəsini yaratmağa başlayıb.

 

Bir çox cinayətdə adı hallansa da onun heç vaxt qadın ticarəti və narkotik qaçaqmalçılığı ilə məşğul olmadığı qeyd edilir. Qəribədir ki, bir çox cinayətlərdə adı keçən İdris Kürt həyatı boyu bir dəfə həbsə düşüb. O, 2002-ci ildə, məhkəməsi davam edən müddətdə ağ ciyər xərçəngindən ölüb.

 

Qeyd edək ki, onun oğlu Ali Özbir məşhur aparıcı Esra Erolun həyat yoldaşıdır.

 

 

 

İdris Koçovalının gerçəkdə kim olduğu üzə çıxdı – Kürt İdris kimdir?

Kürt İdris və Dündar Kılıç