ABŞ və Böyük Britaniyanın mühafizəkar mətbuatı Donald Tramp haqqında kompromat materialların araşdırılması ilə bağlı yeni məzəli faktlar ortaya çıxarıblar.
Məlum olub ki, Rusiyanın iki təqlidçi radioaparıcısı ABŞ Nümayəndələr palatasının Kəşfiyyat komitəsinin üzvü Adam Şifflə əməlli başlı məzələniblər.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu işin tarixi 2017-ci ilin əvvələrinə gedib çıxır. Həmin il aprelin 10-da Demokrat partiyasından Nümayəndələr palatasının üzvü (Kaliforniya ştatı) Adam Şiff və bir ukraynalı siyasətçi arasında 10 dəqiqəlik telefon söhbəti olur. Həmin söhbət zamanı “ukraynalı” konqresmenə Donald Tramp barədə əlində müdhiş kompromat olduğunu söyləyir.
Bununla bağlı informasiya ilk dəfə bu ilin yanvarında “The Atlantic” jurnalında peyda olur. Dünən Böyük Britaniyanın “Daily Mail” qəzeti isə həmin söhbətin səs yazısını yayıb.
“Özünü Andrey Purubiy adlandıran ukraynalı siyasətçi (Ukrayna Ali radasını spikerinin adı da Andrey Parubiydir-red.) əslində iki rusiyalı radioaparıcı və dünyaca məşhur telefon xuliqanları imiş. Bunlar “Vovan” ləqəbli Vladimir Kuznetsov və “Leksus” ləqəbli Aleksey Stolyarovdur.
Onlar ABŞ konqresmeninə prezident Donald Trampın rus müğənni və fotomodel Olqa Buzova arasında 2013-cü ildə Moskvada keçrilən “Miss Kainat” müsabiqəsində intim əlaqələri ilə bağlı faktlara malik olduğunu bildiriblər. Hər iki aparıcı hətta sübut oaraq Trampın çılpaq şəkillərini belə göstərməyi vəd ediblər. Yalançı “Parubiy” hətta bu şəkillərdən Kseniya Sobçakın da xəbəri olduğunu söyləyib.
“Ukrayaı siyasətçi” Adam Şiffi inandırmağa çalışıb ki, əlində Kseniya Sobçak və Olqa Buzova arasında telefon söhbəti də var. Burada hər iki qadın guya həmin fotoları müzakirə ediblər. Bundan başqa, söhbət zamanı prezidentin milli təhlükəsizilik məsələri üzrə keçmiş müşaviri general Maykl Flinn və rusiyalı müğənni-bəstəkar Arkadi Ukupnik arasında hansısa görüşdən danışıblar. Həmin görüş zamanı Arkadi Ukupnik Flinni inandırmağa çalışıb ki, əgər Tramp Rusiya üzərində sanksiyaları götürsə, bu fotolar heç bir zaman yayımlanmayacaq.
Şiff özü “The Atantic” jurnalına verdiyi müsahibədə ona verilən informasiyaların saxta olduğunu bildiyini söyləyib. Lakin telefon söhbətinin stenoqramasından belə anlaşılır ki, konqresmen Şiff buna olduqca ciddi yanaşma tərzi göstırib.
“Biz xüsusi olaraq kəşfiyyatla məşğul olan bir adamla görüşüb ona heyrətamiz, lakin absurd faktlar vermək istədik, Kuznetsov “The Atlantic” ə Şifflə söhbətini şərh edərkən bildirib.
Ümumiyyətlə, bu iki kələkbaz dünyada telefon prankerləri kimi (telefon xuliqanları-red.) məşhurdurlar. Lakin Kuznetsov və Stolyarov xarici mətbuat tərəfindən Rusiya kəşfiyyatının adamları olaraq bilinir. Çünki onların zəng elədikləri adamların telefon nömrələri yalnız xüsusi orqanlara məlumdur.
2012-ci ildə Rusiya futbol üzrə Avropa çemionatında uğursuz çıxış etdikdən sonra onlar futbolçu Roman Şirokovun adından futbol federqasiyasının prezidenti Vladimir Mutkonu dolayıblar.
İki xuliqanın Belarus prezidenti ilə məzələnməsi isə youtube-da xeyli sayda tamaşaçı toplayıb.
2014-ci ilin yayında bu adamlar Ukrayna daxili işlər naziri Arsen Avakovun adından ABŞ briqada generalı Kevin Makniliyə zəng ediblər. Söhbət zamanı Maknili hər iksinə o dərəcəd inanır ki, hətta ABŞ-ın Ukraynaya göstərəcəyi hərbi yardımın sirlərini açır. Özü də bu general ABŞ-ın Avropadakı hərbi qüvvələrinin operativ qrupunun komandanı imiş.
Musavat.com