Türkiyə ordusunun Suriyanın Afrin şəhərində aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv etdiyi yaraqlıların sayı 965 nəfərə çatıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Vatikana getməzdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə Hərbi Qüvvələri də itki verib. “Sözsüz ki, terrorizmlə mübarizədə itkilər də mümkündür. Ancaq unutmaq lazım deyil ki, qorxaqlar qələbənin nə olduğunu bilmirlər”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri diqqəti Suriyanın şimal-qərbində tankın ekipaj üzvlərinin həlak olmasına cəlb edib. Prezidentin sözlərinə görə, Ankara beş hərbi qulluqçunun həlak olması şəraitini araşdırır. Hazırda tankın vurulduğu silahın hansı ölkənin istehsalı olması müəyyənləşdirilir.

Загрузка...