Загрузка...

Ölkəmizi mühasirə həvəskarlarının ümidinə qoymayacağıq”.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf partiyasının Kütahya əyalət təşkilatının konfransında bildirib.

O vurğulayıb ki, Suriyada özləri üçün bir oyun quranlar, terror qruplaşmasının adını dəyişdirməklə hiylə işlədiklərini sanırlar: “Bizim gözümüzdə adı nə olursa-olsun, terrorçulardan ibarət istənilən təşkilatın adı terror qrupudur. İstər onun adı Suriya Demokratik Qüvvələri, istər “sərhəd ordusu”, istərsə də daxili təhlükəsizlik qoşunu olsun. Siz kimi aldadırsınız. Bu qruplaşmanın adı PKK, PYD, YPG-dir”.

Türkiyə prezidenti Qərb dövlətlərinə müraciət edib: “Sizin 3,5 milyon qaçqınla bağlı bir dərdiniz yoxdurmu?! Bu insanların nə yeyib, nə içdiyi sizi maraqlandırmırmı? Bu günədək siz bunlarla bağlı nə iş görmüsünüz”.