“Soccerex” şirkəti dünyanın ən zəngin futbol klublarının siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, ilk pillədə “Mançester Siti” qərarlaşıb. İkinci yerdə isə İngiltərə Premyer Liqasının digər təmsilçisi “Arsenal” yer alıb. İlk üçlüyü Nasir əl-Xəlaifinin sahibi olduğu PSJ tamamlayıb.
Onluqda yer alan digər komandalar isə bunlardır:
4. “Quançjou Everqrand” (Çin)
5. “Tottenhem” (İngiltərə)
6. “Real” (İspaniya)
7. “Mançester Yunayted” (İngiltərə)
8. “Yuventus” (İtaliya)
9. “Çelsi” (İngiltərə)
10. “Bavariya” (Almaniya)
Qeyd edək ki, ilk pillənin sahibi olan “Mançester Siti” ərəb şeyxi Mənsura məxsusdur.