Britaniya KİV-ləri 6 yaşlı rus qızı Anastasiya Knyazevanı “dünyanın ən qəşəng qızı” ünvanına layiq görüblər. Qız barədə “The Daily Mail” nəşri də yazıb. Jurnalistlərin sözlərinə görə, uşaq tamaşaçıları gəlinciyə bənzər xarici görünüşü və böyük mavi gözləri ilə heyran edib.
Uşaq model kimi çalışır, anası tərəfindən idarə olunan İnstaqram səhifəsini isə 500 min nəfər izləyir. Knyazevanı fransalı model Tilan Blondo ilə müqayisə edirlər. O da keçmişdə, daha doğrusu 6 yaşı olanda dünyanın ən gözəl qız uşağı hesab edilirdi və hazırda Fransanın Vogue jurnalının gənc modellərindən biridir.
6 yaşlı Anastasiya hazırda Rusiya agentliklərindən birində çalışır və eyni vaxtda bir neçə brendin siması sayılır. Uşaq modelin anası qızının fotosessiyasından olan çəkilişlərlə yanaşı, gündəlik şəkillərini də paylaşır. Şərhlərdə isə dünyanın bütün nöqtələrindən olan insanlar qızı tərifləyirlər.
Musavat.com