ABŞ Ukraynada bütün tərəfləri Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ətrafındakı vəziyyətlə bağlı zorakılıqdan çəkinməyə çağırır.

Virtualaz.org bildirir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xəzər Nauert deyib.

“Biz bu vəziyyəti və Kiyevdə baş verənləri diqqətlə izləyirik. Biz Ukrayna hökuməti ilə sıx əlaqədəyik, siz bilirsiniz ki, bizim onlarla yaxşı münasibətlərimiz var, amma bu o demək deyil ki, biz hər şeydə onlarla tamamilə razıyıq. Biz Ukrayna hakimiyyətini vəziyyətin de-eskalasiyasına çağırırıq… Biz bütün tərəfləri zorakılıqdan çəkinməyə, hüququn aliliyini qorumağa və beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik”, — deyə Nauert brifinqdə bildirib.

“Əgər Ukrayna hakimiyyəti kimisə saxlayırsa, həbs edirsə, bu o ölkənin qanunlarına və normalarına, eləcə də insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə uyğun olmalıdır”, – X.Nauert vurğulayıb.