Çində küçədə keçirilən sirk zamanı dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, diqqətsizlik səbəbindən vəhşi heyvanlardan biri qəfəsdən qaçaraq insanlara hücum edib. Əhilləşdirildiyi deyilən şirlər 2 azyaşlını və 4 nəfər orta yaşlı tamaşaçanı dişləyib.

Qəfəsin qapısının yaxşı bağlanmaması səbəbindən yaşanan hadisədə daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar təcili olaraq xəstəxanaya yerləşdiriliblər.

Yerli polis hadisə ilə bağlı məsul şəxslər haqqında araşdırma başladıb.