ABŞ-ın “52-ci bölgə”olaraq bilinən hərbi poliqonu görüntülənib.

Musavat.com xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Nevada əyalətində yerləşən gizli sınaq poliqonunun adı Tonopahdır.

ABŞ-ın “52-ci bölgə”si elm adamları və mühəndislər tərəfindən idarə olunur. Mülki vətəndaşların bu əraziyə yaxınlaşması qadağan olunub. “52-ci bölgə”dən nüvə silahını və pilotsuz uçan aparatları sınaqdan keçirmək üçün istifadə olunur.

Ayrıca olaraq Nevadada ən gizli saxlanılan “51-ci bölgə” olaraq bilinən hərbi bazada yerləşir. Varlığı rəsmi məlumatlarda yer almayan və “Area 51” olaraq bilinən bölgə, Las-Vegasın 153 km şimalında yerləşən Groom gölü yaxınlarında olan Nevada çölündə yerləşir.

Bölgəyə ən yaxın yaşayış yeri şimaldakı “Rachel” qəsəbəsidir. Bölgədə ştatın qaydaları işləmir. “51-ci bölgə”nin təhlükəsizliyini “Cammo Dudes” adı verilən bir qrup yerinə yetirir.

ABŞ-ın gizli saxlanılan “51-ci bölgə”si görüntüləndi – FOTOLAR

Bölgəyə giriş qadağandır. Əgər bölgəyə insan daxil olarsa həmin qrup, insanları bölgəni tərk etmək üçün xəbərdar edirlər. Əgər xəbərdarlığa riayət olunmasa pul cəzası kəsilir. Əgər bölgəyə girən şəxslər daha da irəli getsələr, onlar öldürülür.

“51-ci bölgə” haqqında bu günə qədər bir çox fikir səslənib. Bunlardan ən məşhuru burada yadplanetlilərin araşdırılmasıdır. 1947-ci ildə yaşanan “Roswell UNO” qəzası sonrası tapılan yadplanetli cəsədinin bu bölgədə saxlanıldığı iddia edilir.

Bəzilərinə görə, bu qəzadan sonra “51-ci bölgə”də bir aşardırma mərkəzinin qurulmasına qərar verilmişdir. Bu gün ABŞ-ın yüksək texnoloji silahlara və texnikaya sahib olmasının səbəbi olaraq 1947-ci ildə yaşanmış “Roswell UNO” qəzası göstərilir.

ABŞ-ın gizli saxlanılan “51-ci bölgə”si görüntüləndi – FOTOLAR

Amerikada hər 10 nəfərdən 7-si “51-ci bölgə”də UNO-ların olduğuna inanırlar. ABŞ rəsmiləri bu bazanın olduğunu 66 il sonra – 2013-cü ildə açıqlamışdılar. O günə kimi belə bir hərbi bazanın olduğu haqda heç bir məlumat verilmirdi. Buradakı araşdırmaların torpağın altında inşa edilmiş geniş bir ərazidə aparıldığı bildirilir.

Turan Oruc,
Musavat.com