Əməkdar artist Murad Dadaşovun aparıcılıq etdiyi “Maşın” realiti-şounun növbəti günü baş tutub.
Musavat.com xəbər verir ki, ATV-də efirə gedən “Xanımlar və cənablar” sloqanlı şouda səs verməyə aktrisa Mehriban Xanlarova çıxıb. Lakin o, kimi oyundan uzaqlaşdıracağını deməsə də, həmin şəxsin kişi olacağını bildirib. Xanım iştirakçılar Xanlarova üçün səs istəyib. Müğənni Vüqar Muradov isə hədəfin özü ilə, Talıb Talehin olduğunu bildirib. Hər iki ifaçı aktrisanın əleyhinə səs istəyib. Aktrisa 52.72 faiz səslə oyunda qalıb. O, Vüqar Muradovu oyundan uzaqlaşdırıb.
Qeyd edək ki, şouda 17 məşhur mübarizə aparacaq. Onlar Arif Quliyev, Nazim Pişvəri, Vüsalə Kərimova, meyxanaçı Vüqar, Tünzalə Əliyeva, Xatun Əliyeva, İlqar Mikayıloğlu, İlkin Misgərli, Ülviyyə Alovlu, Zemfira Adgözəlova, Rauf Əhmədov, meyxanaçı Samirə, Günel Ələkbərova, Talıb Taleh, Elşad Xose, Vüsalə Əlizadə, Mehriban Xanlarovadır.
Şounun qalibinə 60 min dəyəri olan “Nissan Altima Restyle” avtomobili hədiyyə olunacaq.