Загрузка...

Dubayı kölgədə qoyacaq layihə hazırlanıb - İLK DƏFƏ - FOTO

Belçikada Dubayı kölgədə qoyacaq layihə hazırlanıb.

Məşhur memar Vinsent Kallebot turizm layihəsi əsasında maraqlı ideya irəli sürüb. O günəş sistemini xatırladacaq, öz oxu ətrafında fırlanaraq enerji istehsal edən ekoloji otel layihəsi hazırlayıb.

“Nautilus Eco-Resort” adlanan layihəyə 12 müxtəlif hündürlüyə malik spiralı xatırladan binalar daxildir. 12 binadan ibarət olacaq otel 360 dərəcə fırlana biləcək.

Memar layihə ilə bağlı açıqlamasında qeyd edib ki, binaların üzərində quraşdırılan fotoelektrik panelləri 24 saat ərzində günəş enerjisini toplayacaq və bu enerji vasitəsilə hərəkətə keçəcək. Bu isə otel kompleksində istifadə edilən enerjini tam olaraq qarşılayır.

Eyni zamanda, Günəş enerjisindən başqa, ekooteldə quraşdırılan turbinlər vasitəsi ilə sudan alınan enerji də istifadə ediləcək. (publika.az)

 

Dubayı kölgədə qoyacaq layihə hazırlanıb - İLK DƏFƏ - FOTO

Dubayı kölgədə qoyacaq layihə hazırlanıb - İLK DƏFƏ - FOTO