“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.

Musavat.com “Qarabağ”ın saytına istinadən xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb. Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər.

Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayını kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Qeyd edək ki, azarkeşlər qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.