Bakının mərkəzində qalmaqal: vətəndaş polislə əlbəyaxa oldu - VİDEO

Bakının Azneft dairəsində vətəndaşla yol polisi arasında gərgin anlar yaşanıb.

Medianewsa.az yenicag.az-a istinadən xəbər verir ki, buna vətəndaşın polisə hücum çəkməsi səbəb olub.

Məsələ burasındadır ki, vətəndaş qadağan olunmuş yerdən keçən zaman polis tərəfindən saxlanılıb. Bu zaman o, polisə müqavimət göstərib. Nəticədə, yolun qadağan olunmuş hissəsindən keçən kişi polis bölməsinə aparılıb.

Həmin anın videosunu təqdim edirik: