ABŞ-ın Oregon vilayətində yaşayan Amber Raçdı qısa bir müddətdə 200 kq arıqlayaraq görənləri şoka salıb.
Musavat.com xəbər verir ki, belə ki, 24 yaşlı gənc gözlənilmədən piylənmə xəstəliyinə tutulub. Xəstəlik ucbatından 292 kq çəkiyə çatan Amber artıq bayıra belə çıxmaqda çətinlik çəkməyə başlayır.
Amber öncə təhsilini, sonra isə işini tərk etmək məcburiyyətində qalıb. Həkimlər Amberə bu kilolarla 30 yaşına qədər yaşamayacağını söylədikdən sonra gənc qız əməliyyat olmaq qərarına gəlib.
Beləliklə əməliyyatdan sonra özünün güclü iradəsi və mübarizliyi sayəsində gənc qız mümkün olmayan bir nəticəni əldə edib və sürətlə artıq kilolardan azad olmağa başlayıb. 200 kq arıqlayan qız indi tamamilə başqa bir insana çevrilib.
Onun son görünüşü “İnstagram”da izləyicilərini şoka salıb.