Finlandiya məhkəməsi 16 yaşlı gənc qızın bakirəliyini satın alan kişini 14 aylıq müddətə həbs etdi.
Bu barədə lenta.ru saytı “Aamulehti” qəzetinə istinadən yazıb. Xəbərə görə, qızın anası bu haqda onun dostlarından xəbər tutub. Qızının öz bakirəliyini internet vasitəsilə satışa çıxardığını öyrənən qadın dərhal sosial xidmətə bu haqda xəbər verib. Sonuncu instansiya da öz növbəsində bu haqda polisə məlumat verib. Araşdırma çərçivəsində məlum olub ki, qız 2015-ci ildə 1987-ci il təvəllüdlü bir kişi ilə messencer vasitəsilə yazışıb və sonuncu ona cinsi münasibət təklif edib. Yaxınlıq baş tutanda kişi ona 200 avro verib. Məhkəmə kişini yetkinlik yaşına çatmayan şəxsə intim xidmətlər təklif etməkdə suçlu bilib. Şərti cəza ilə yanaşı, məhkəmə kişiyə 20 ay boyunca icbari iş və 2400 avro cəza kəsib. Buna qədər o artıq şərti cəzaya məhkum edilmişdi. Sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün bir dəfə cəzalandırılmışdı.
Psixoloqların dediyinə görə, qız daha öncə bir neçə dəfə seksual zorakılığa məruz qaldığı üçün bu, onun bakirəliyini satışa çıxarmaqla bağlı qərar verməsinə səbəb olub. Apreldə isə xəbər verilmişdi ki, 29 yaşlı Novosibirsk sakini olan qadın qadın məsləhətxanasındakı müayinə zamanı həkim səhlənkarlığı ucbatından bakirəliyini itirib və buna görə məsləhətxananın 45 min rubl məbləğində cəzalandırmasına nail olub.
Musavat.com