ABŞ-ın keçmiş prezidenti Barak Obamanın xanımı Mişel Obama fitnes məşqləri zamanı çəkdirdiyi bir neçə şəkli paylaşıb. Bu fotolar onun İnstaqram hesabında yayılıb. Obama məşqlərdə rəfiqələri ilə birgə iştirak edib.
Şəkillərin altında yazdığı şərhdə eks birinci ledi bildirib ki, o, Ağ Evdə olanda da bu məşğələlərə qatılırdı. “Əgər biz başqalarının qayğısına qalmaq istəyiriksə, ilk növbədə öz qayğımıza da qalmalıyıq” – o, şəkillərinin altına belə yazıb. O, idmanın insan həyatına fiziki və psixoloji baxımdan verdiyi faydaya da toxunub.
Obama və rəfiqələrinin şəkilləri ümumilikdə 850 min bəyənmə toplayıb. Onun səhifəsini isə ümumən 14.6 milyon nəfər istifadəçi izləyir.
Daha öncə iyun ayında məlum oldu ki, Barak Obama 8 il boyunca tədbirlərə eyni smokinq və ayaqqabılarda gəlib. Bu barədə onun həyat yoldaşı Kaliforniya ştatındakı San Joze şəhərində Apple kampaniyasının keçirdiyi konfransdakı çıxışı zamanı demişdi.
Musavat.com