Türkiyə Rusiyadan buğda idxalı ilə bağlı tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.
Qeyd edək ki, Su-24 olayından sonra tərəflər bir-birilərinə qarşı iqtisadi sanksiyalar tətbiq edirdilər.
Ötən ilin iyulunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktubdan sonra sanksiyalar qismən aradan qaldırılmağa başlanıldı.