Britaniyanın Bridport şəhərində bir ailə dörd gün ərzində 6 yataq otağı olan ev tikməyə nail olub.
Bu barədə “The Independent” qəzeti məlumat verib. Riçard, Nikki və onların iki uşağı qərar veriblər ki, Londondan Dorset qraflığına köçsünlər. Ailə sözügedən ərazidə öz zövqünə uyğun ev tapa bilmədiyi üçün müstəqil şəkildə ev tikməyə qərar verib. Britaniyalı ailə ekoloji cəhətdən tam təmiz mallardan istifadə etməyə və qısa zaman ərzində böyük işlər görməyə çalışıblar.
Evin karkası üçün panellər daha öncədən firma tərəfindən hazırlanıb. Dörd gün ərzində ərazidə üç mərtəbə və onun damı quraşdırılıb. Hər tərəfdən meşə ilə əhatə olunan evin həyətində hovuz da yerləşir. Nəticədə ailə bu evin tikilməsinə 1.5 milyon dollar sərf edib.
2016-cı ilin oktyabrında isə Hereford sakinləri tikinti tullantılarından ibarət olan ikimərtəbəli ev tikiblər. Onlar bununla da aylıq kommunal xərclərdən qurtulmaq istəyiblər. Bu evə isə ümumən 1.5 min dollar sərf olunub.
Musavat.com