Загрузка...

Azərbaycanda icra başçısının müavini sükan arxasında infarkt keçirərək dünyasını dəyişdi

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşov vəfat edib.

“Ölkə.Az”-ın məlumatına görə, Dadaşov yarım saat öncə Masallıdan Lənkərana gedərkən, xidməti avtomobilində infarkt keçirib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İ.Dadaşovun 61 yaşı var.