Mərdəkanda maşın yandı- VİDEO

Bu gün axşam saat 18:00 radələrində Bakının Mərdəkan qəsəbəsində avtomobil yanıb.

BAKU.WS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Mərdəkan Dendrarisinin qarşısında baş verib. Belə ki, VAZ-2106 markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirlyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb. Yanğının səbəbi araşdırılır.

loading...