Dünyanın ən qalmaqallı seriallarından sayılan “Sense8″in ikinci mövsümü artıq yayımlanıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Netflix”də nümayiş olunan ekran işi artıq internetdədir. Çoxlu intim və seks səhnələri ilə müzakirə edilən, elmin fərqli baxışlarını təqdim edən ekran işinin yeni seriyaları da səs küyə səbəb olub.
Qeyd edək ki, “Sense8″in rejissorları “Matritsa” filmi ilə məşhurlaşan Vaçovskilərdir. Əvvəllər qardaş olan ikili üç il əvvəl cinslərini dəyişdirərək hər kəsi təəccübləndiriblər.