Futbol üzrə Çempionlar Liqasında növbəti yarımfinalçı müəyyənləşib.

“Report”un məlumatına görə, bu, İspaniya “Real Madrid”idir. Zinəddin Zidanın baş məşqçi olduğu komanda 1/4 finalda Almaniyanın “Bavariya” klubunu mübarizədən kənarlaşdırıb. Görüşün əsas vaxtı əsas vaxtı münhenlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Robert Levandovskinin 53-cü dəqiqədə penaltidən, 100-cü oyununa çıxan Serxio Ramosun isə 78-ci dəqiqədə öz qapısına vurduğu qolun qarşılığında “Real Madrid” 76-cı dəqiqədə Kriştianu Ronaldu ilə sevinib. İlk görüşdə “kral klubu” eyni hesabla qalib gəldiyindən, hər hissəsi 15 dəqiqədən ibarət əlavə vaxt təyin olunub. Lakin “Bavariya” bu zaman azlıqda olub. 84-cü dəqiqədə Arturo Vidalın qırmızı vərəqə alması “ekstrataym”da sözünü deyib. 105-ci və 110-cu dəqiqələrdə Ronaldu fərqlənərək, Çempionlar Liqasındakı qollarının sayını 100-ə çatdırıb. 112-ci dəqiqədə isə Marko Asensio son nöqtəni qoyub – 4:2.

Beləliklə, ilk 2 yarımfinalçı İspaniyanın paytaxtı Madridi təmsil edən komandalar olub. “Real Madrid”dən əvvəl bu vəsiqəyə “Atletiko” sahib çıxıb. Dieqo Simeonenin baş məşqçi olduğu komanda İngiltərədə 1:0 hesabı ilə yendiyi İngiltərə “Lester”i ilə evdə heç-heçə edib – 1:0.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
18 aprel

22:45 “Real Madrid” (İspaniya) – “Bavariya” (Almaniya) – 4:2 (əsas vaxt – 1:2)
Qollar: Kriştianu Ronaldu, 76; 105; 110. Marko Asensio, 112 – Robert Levandovski, 53-penalti ilə. Serxio Ramos, 78-öz qapısına
Qırmızı vərəqə: Arturo Vidal, 84 (“Bavariya”)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun – 2:1

22:45 “Lester” (İngiltərə) – “Atletiko” (İspaniya) – 1:1
Qollar: Ceymi Vardi, 61 – Saul Nyiqes, 26
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 0:1

Qeyd edək ki, daha 2 yarımfinalçı bu gün müəyyənləşəcək. İspaniyada “Barselona” İtaliya “Yuventus”una ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Fransa “Monako”su isə Almaniyada 3:2 hesabı ilə yendiyi Dortmund “Borussiya”sını qəbul edəcək.

loading...