Bakının Sabunçu rayonunda yaşlı qadının evi qarət olunub.
“Report” xəbər verir ki, hadisə Stansiyayanı küçəsində qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Hümbətova Simuzər Qasım qızı rəfiqəsini evinə qonaq dəvət edib. Qonaq evdə qadının baş nahiyəsinə küt alətlə zərbə endirib. Nəticədə ev sahibi huşunu itirərək yerə yıxılıb. Daha sonra hadisəni törədən şəxs evdən qızıl-zinət əşyalarını oğurlayaraq özü ilə aparıb. S.Hümbətova ağır xəsarət ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.