Əli Naza əsəbiləşdi:

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişini ötən həftə tərk edən azərbaycanlı Naz Mila geri qayıdıb.

Axşam.az-ın məlumatına görə, Nazın keçmiş sevgilisi Əli Əkbərlə arasında qalmaqal yaşanıb.

Əliyə namizəd olan Qamzeyə görə ağlayıb studiyanı tərk edən Naz “Qamze ilə alınmayacağını demişdim, olmadı da. Heç kimlə də olmayacaq, çünki Əli məni sevir” söyləyib.

Nazın sözlərinə əsəbiləşən Əli bunları söyləyib:

“Sən niyə geri qayıtdın? Mənim fikirlərimi qarışdırmaq üçün gəldin? “Naz dəftərini bağladım” demişdim. Bizimki alınmayacaq. Mənim yoluma çıxma. Burada qalıb, namizədlər yerində oturacaqsansa, mənim üçün qalma”.

Proqramın aparıcısı Zuhal Topal Əliyə fikrinin dəqiq olmasını soruşub və ona xəbərdarlıq edib:

“Əli, bundan sonra nə burada, nə də kənarda Nazla əlaqə yaratma. O da yanlış başa düşür. Onu istəmirsən, bundan sonra “Əli və Naz” adını birlikdə eşitmək istəmirəm”.

Əli isə bir daha belə bir hal olmayacağını vurğulayıb. Naz isə verilişdə qalmaq istədiyini deyib.

Əli İrandan gələn Saba adlı namizədi ilə görüşüb. Əli Saba ilə çay içməyə getmək istədiyini deyib.