Yaşamaq üçün ən yaxşı ölkələr açıqlandı – TOP 10

“US News & World Report” agentliyi dünyanın yaşamaq üçün ən əlverişli ölkələrinin reytinqini tərtib edib.

Fins.az xəbər verir ki, reytinq turizm, innovasiya, mədəniyyət, sosial sfera, iqtisadi artım tempi və biznesə açıqlıq baxımından tərtib edilib.

Dünyanın yaşamaq üçün ən əlverişli ölkələrin reytinqində İsveçrə 1-ci yerdədir. Siyahıda ikinci yerdə Kanada, üçünçü yerdə isə Böyük Britaniyadır.

Reytinqdə Almaniya 4-cü, Yaponiya 5-ci, İsveç 6-cı, ABŞ 7-ci, Avstraliya 8-ci, Fransa 9-cu, Norveç isə 10-cu pillədə yer alıb.
Ən yaşamalı ölkələrin reytinqində Rusiya 27-ci, Türkiyə 36-cı, Azərbaycan isə 69-cu yerdədir. Siyahıda Belarusiya 70-ci, Qazaxıstan 71-ci və Ukrayna isə 73-cü pillədə qərarlaşıb.