Bolqarıstanın paytaxtı Sofiya 2017-ci ildə turistlər üçün dünyanın ən ucuz şəhəri kimi tanınıb.
Axar.az xəbər verir ki, bu barədə hava limanlarında transferlərlə məşğul olan “Hoppa” şirkətinin saytında məlumat yayılıb. Şirkətin ekspertləri müəyyən ediblər ki, istirahət günü bir turist üçün 47,8 dollara başa gəlir ki, bu məbləğə də oteldə bir otaq, içkilər, taksi və əyləncə xidmətləri daxildir.
Sofiyadan sonrakı pillədə Misirin paytaxtı Qahirə qərarlaşıb. Orada istirahət edənlər orta hesabla gündə 48,9 dollarından keçməli olur. İspaniyanın Kartaxena yaşayış məntəqəsində isə turistlər üçün günlük 49,7 dollar kifayətdir.
Siyahıda növbəti pillələrdə Rumıniyanın Buxarest, Türkiyənin Antalya, Kambocanın Siemreal, Ukraynanın Kiyev, Filippinin Manila, Meksikanın Mexiko, Maltanın Slima şəhərləri qərarlaşıblar.