Günortadan bəzi banklardada Dolların alış qiymətinin qalxdığı müşahidə olunur.
“Marja” xəbər verir ki, səhər saatlarında 1 dolları 1.76 manata alan Bank BTB, günortadan sonra alış qiymətini 1.78 manata qaldırıb. Hazırda Bank BTB Dolları ən baha məzənnə ilə alan bankdır.
Bundan əvvəl, Dolları Ziraat Bank Azərbaycan 1.77 manata alırdı. Lakin günortadan sonra bu bank alışı 1.73 manata endirib.
Dolların alış qiymətini “ATA Bank” 1.7250 manatdan 1.74 manata, PAŞA Bank 1.73 manatdan 1.7350 manata, Rabitəbank isə 1.72 manatdan 1.73 manata qaldırıb.
Səhər saatlarında Dolları 1.82 manatdan satan banklar, günortadan sona satış məzənnəsini 1.83 manat olaraq təyin ediblər.