Загрузка...

Hollivud aktrisası islamı qəbul etdi

Qalmaqallı Hollivud aktrisası Lindsi Lohanın İslamı dinini qəbul etdiyi güman edilir.

Axar.az xəbər verir ki, bu barədə Qərb KİV-ləri məlumat yayıb.

Aktrisanın bir müddət İnstaqram səhifəsində 30-ya yaxın fotosunu sildiyi və ərəbcə “Əleyküm salam” ifadəsini paylaşdığı bildirilib. Bir çox müsəlman Lohanın islamı qəbul etməklə doğru yolu tapdığına sevinir.

Hollivud aktrisasının 2015-ci ildə küçədə əlində Qurani-Kərim kitabı ilə görüldüyü də vurğulanıb.