Türkiyənin İstanbul şəhərinin hüquq-mühafizə orqanları dekabrın 31-də “Reina” gecə klubunda terror aktı törətmiş şəxsin adını və onun hansı ölkənin vətəndaşı olduğunu müəyyənləşdiriblər.
“Report” xəbər verir ki, bu barədə “Milliyyet” məlumat yayıb.
Məlumata görə, həmin şəxsin adı Əbdülqadir, soyadı isə Maşaripovdur. Onun Özbəkistan əsilli olduğu bildirilir.
Polis terror aktını başvermə səhnələrini əks etdirən fotolar və görüntülər əsasənda bir sıra faktları müəyyən edib. Məlum olub ki, terrorçu gecə klubuna daxil olaraq 180 güllə atıb. Bundan sonra o, mətbəxsə keçərək paltarını dəyişib və binanı tərk edib.
Qeyd edək ki, terror aktı nəticəsində 39 nəfər həlak olub. Onların arasında xarici ölkə vətəndaşları da var.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.