“Rəqs edən milyonçu” ləqəbi ilə tanınan Canluka Vakki pərəstişkarlarını bu dəfə Santa-Klaus rəqsilə heyrətləndirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı ekssentrik italiyalı-milyarder sevgilisi Corcia Qabriella ilə birlikdə Gürcüstanın məşhur banklarının birinin reklamında çəkilib.
Cütlük bu dəfə Santa-Klaus və qar qız obrazında yeni il mahnısının sadaları altında rəqs edib.
Xatırladaq ki, Canluka Vakki instaqramda paylaşdığı rəqs videosu sayəsində məşhurlaşıb.