Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun aldığı güllə yaralarından keçindiyini təsdiq edib.
Musavat.com lenta.ru-ya istinadən xəbər verir ki, Mariya Zaxarova hadisəni terror aktı olaraq qiymətləndirdiklərini söyləyib.
“Rusiya Federasiyası səfrinin Türkiyədə öldürülməsi məsələsi BMT Təhlükəsizlik Şurası üzvləri qarşısında da qaldırılacaqdır”, -Mariya Zaxarova bəyan edib.
Musavat.com