Almaniyada metro stansiyasında qadını arxadan təpiklə vuraraq sağlamlığına ciddi xəsarət yetirən gənc oğlanların kimliyi müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, almanları şoka salan görüntülərdə yer alan Bolqarıstan vətəndaşı Svetoslav Stoikov artıq həbs edilib. Onu 6 ildən 10 ilə qədər həbs gözləyir.
Bütün dünyanı təəccübləndirən olay oktyabrın 26-da Hermann küçəsindəki metro stansiyasında olmuşdu. 26 yaşlı qadın oğlanlardan birinin təpik zərbəsindən sonra pilləkəndən üzüaşağı gələrək yıxılmışdı.
Hadisə Almaniyada irqçi qrupların daha da radikallaşmasına səbəb olmuşdu.