Загрузка...

Dubay şahzadəsinin videosu sosial şəbəkələrdə rekord qırdı

Dubay şahzadəsi Həmdan ibn Mühəmməd Əl-Məktum özünün “İnstagram” səhifəsində dünyanın ən hündür binasının sonuncu mərtəbəsindəki seyr meydançasında qeydı aldığı videonu paylaşıb.

Virtualaz.org xəbər verir ki, “Bürc-Xəlifə” binasının üst qatında çəkilmiş video 928 min dəfə baxılıb və son günlərdə dünya sosial mediasında ən məşhur paylaşımlardan biri hesab olunur.

“RİA Novosti”nin verdiyi məlumata görə, videonun müəllifi olan şahzadınin varidatı 18 milyard dollara bərabərdir.