Загрузка...

1479795958_15208007_1355652174468584_77125758_n
“M Group Production”ın layihəsi olan “Bayram Axşamı” filminin tizer-treyleri təqdim olunub.

BAKU.WS xəbər verir ki, filmin təqdimat mərasimi Novruz bayramı ərəfəsində olacaq. Filmin quruluşçu rejissoru, ssenari müəllifi, “M Group Production”ın baş prodüseri Toğrul Məmmədovdur.

Qeyd edək ki, filmdə baş rollarda rəqqasə Oksana Rəsulova, şoumen Murad Dadaşov, müğənni Miri Yusif , aktyor və aparıcı İslam Mehrəliyev, xalq artisti, aktrisa Firəngiz Mütəllimova, repçilər Qurd (Fərid Eminov) və Elşad Xose, aparıcı Bernardo Xose çəkilib.

Yeni tizer-treyleri oxuculara təqdim edirik: