g22832214_12b367c46e4b85f29a7402c03201f430
ABŞ-da 58-ci prezident seçkilərində səsvermə başa çatıb.
 
Xarici medianın yaydığı xəbərə görə, Alyaska ştatında son seçki dairələri bağlanıb.
Son məlumatlara görə, Hillari Klinton 218, onun Respublikaçı Partiyasından olan rəqibi Donald Tramp isə 274 seçici səsi toplayıb. Beləliklə, Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib. Onun qələbəsi artıq rəsmən elan olunub.
Tramp lazım olan 570 səsdən 274 səs alaraq, ABŞ-ın 45-ci prezidenti seçilib. Gözlənilməz olan bu nəticə Amerikadakı ssistemi də baş -ayaq edib. Belə ki, seçkilərin nəticələrinə görə, Respublikaçılar partiyası qanunverici hakimiyytə keçirilən seçkiləri də  udub.
Yeni prezidentin 70 yaşı var.
Donald Con Tramp 14 iyun 1946-cı ildə Nyu-York şəhərində dünyaya gəlib.
Tramp iş adamı, siyasətçi, sahibkar və yazar kimi tanınır.
O, Pensilvaniya ştatında Vharton İnstitunun idarəçilik fakültəsini bitirib. Tramp tələbəlik illərindən işləməyə başlayıb. Belə ki, o, atası Fred Trampın əmlak və inşaat firmasında çalışıb. Elə o vaxtdan da otel, qumarxana, qolf sahəsi və s. inşa edib. Bir neçə kitabın müəllifidir.
Forbes jurnalının hazırladığı dünyanın ən varlı 400 şəxsi siyahısında yer alıb.
Donald Tramp 3 dəfə ailə həyatı qurub. Bu evliliklərdən onun 5 övladı dünyaya gəlib. Onlardan 3-ü oğlan, 2-i qızdır.