İdman geyimlərinin nəhəng istehsalçısı “Nike” Kristiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırlaşır.
APA-nın məlumatına görə, ABŞ şirkəti “Real”ın hücumçusu ilə ömürlük anlaşma imzalamağa hazırlaşır.
Yaxın zamanlarda tərəflər arasında daha yaxşılaşdırılmış şərtlərlə 2021-ci ilə kimi müqavilə əldə olunsa da, görünür şirkət bununla kifayətlənmək istəmir.
Qeyd edək ki, “Nike” daha iki nəfərlə – əfsanəvi basketbolçu Maykl Cordan və əfsanəvi futbolçu braziliyalı Ronaldo ilə ömürlük müqavilə imzalayıb.