Aktrisa Məryəm Uzerlinin “Eşkiya dünyaya hükümdar olmaz” serialında oynayacağı dəqiqləşəndən sonra Dəniz Çakırın serialdan ayrılacağı bildirilirdi.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb olaraq realda da sevgili münasibəti yaşayan Dəniz Çakır və Oktay Kaynarcanın ayrılığı göstərilirdi.
Lakin, serialı çəkən şirkət D.Çakırla uzun danışıqlardan sonra onu serialda davam etməyə razı sala biliblər. Seriala Məryəm Uzerlinin gəlişindən sonra D.Çakır və O.Kaynarcanın birlikdə oynayacaqları səhnələrin azalacağı da bildirilir.
Qeyd edək ki, O.Kaynarca və D.Çakır yay aylarında ayrılıb.