Nejat İşlerin “İkimizin Yerine” adlı sinema filmində baş rolda oynayacaq Serenay Sarıkayanın tərəf müqabili Murat Yıldırım oldu.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı aktyor sonuncu dəfə “Gecenin Kraliçesi” serialında “Kartal” obrazını canlandırıb.
Onunla müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, daha öncə Serenayla baş rolda Şükrü Özyıldızın oynayacağı bildirilirdi. Lakin, görünən budur ki, tərəflər arasında razılıq əldə olunmayıb.