image

Lənkəranın keçmiş rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğlu 1983-cü il təvəllüdlü Anar Hüseynov dünən axşam faciəvi şəkildə həlak olub.

Hadisə İmişli-Kürdəmir avtomobil yolunun Allahmədətli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

O, saat 19 radələrində idarə etdiyi “Range Rover” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Avtomobil hərəkət zolağından kənara çıxaraq aşıb. Ağır bədən xəsarəti alan sürücü Anar Hüseynov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır (Region TV).