Kıvanç Tatlıtuğ məşhur jurnalist Sonər Yalçından ailəsi ilə bağlı irəli sürdüyü iddiaya görə təzminat tələb edib.
Axar.az xəbər verir ki, aktyor özünə 30, ana və atasına ayrı-ayrılıqda 20 min lirə olmaqla 70 min təzminat tələbi ilə məhkəməyə müraciət edib. Aktyorun vəkili isə jurnalistin yazısı ilə əlaqədar cavab verib:
“Müvəkkilim və digər ailə üzvləri heç bir təriqətin üzvü olmayıb və həyatlarını heç bir təriqət liderinin tövsiyələrinə əməl edərək yönləndirməyib. Yazıdakı Əhməd Hülusi adlı şəxslə hər hansısa təriqət əlaqələri yoxdur. Necə ki, Əhməd Hülusi də sosial media hesabından özünün təriqət lideri olmadığını və müvəkkillərimi tanımadığını açıqlayıb”.
Qeyd edək ki, Sonər Yalçın 4 ay əvvəl Kıvanç Tatlıtuğ və ailəsi haqda qələmə aldığı yazısında “Amerikadakı Bürc təriqətinin lideri Əhməd Hülusinin müridləri” olduqlarını iddia eləmişdi.