İstanbul məhkəməsi prokurorluğun iddiasına baxaraq Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, jurnalistlərdən 4-ü sərbəst buraxılıb.
Həbs olunanlar arasında bir neçə gün əvvəl saxlanılan məşhur jurnalist Nazlı Ilıcakın da adı var.
Qeyd edək ki, “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) media ayağına qarşı əməliyyat başlayıb. İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan aparılan istintaq çərçivəsində 42 media mənsubunun yaxalanması haqqında təlimat verib.
Xatırladaq ki, bu günlərdə Türkiyədə 3 informasiya agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet və 15 jurnal bağlanıb.