img2125482

 

Onlarla insanın həyatını xilas edən türk polisi müalicə aldığı xəstəxanada Türk hava yollarının rəhbəri İlker Aycı ziyarət edib. ANS PRESS-in məlumatına görə, ziyarəti ilə bağlı Aycı polisin ona dediklərini danışıb.

“Hadisə zamanı, o (terrorçu – red.) atəş açaraq gəlirdi. İlk cəhdimdə onu vurmağı bacardım. Atışmada yaralandığımı hiss etməmişəm”, – qəhrəman polis terrorçunu necə zərərsizləşdirdiyini deyib.

İlker Aycının sözlərinə görə, əgər polis vaxtında vurmasaydı ölü sayı daha çox olacaq idi. Çünkü terrorçu əlindəki avtomat ilə insanlara atəş açaraq onlara yaxınlaşaraq özünü partlatmaq istəyib. Polisin çevikliyinin köməyi ilə bu onda alınmayıb.

Ötən gecə İstanbulda Atatürk hava limanında iki partlayış olub. Terrorçulardan biri insanlara atəş açıb, daha sonra isə özünü partladıb. Baş nazir Binali Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binali Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.

Загрузка...