Türkiyənin İstanbul şəhərində Sultan Ahmet meydanında canlı yayımlanan İFTAR ÖZƏL proqramında balaca qızın verdiyi sual hər kəsi duyğulandırıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gizem adlı balaca qız “Anam və atam ayrıldılar, bibimə ana onun həyat yoldaşına isə ata deyirəm” sizcə bu günadır? sualını verib.
Verlişin aparıcısı Nihat Hatipoğlu balaca qızın verdiyi bu sual qarşısında çox üzüldüyünü qeyd edib. Daha sonra balaca qızın bibisinə və onun həyat yoldaşına sahib çıxdıqları üçün təşəkkür edib.
Aparıcı sonda insanları, uşaqları üzməməyə onlarla yaxşı rəftar etməyə çağırıb.
Sözü gedən görüntüləri sizlərə təqdim edirik: