Müğənni Könül Kərimova qızı Ləmanla bağlı dediyi sözləri boynuna almayıb.
Axşam.az-ın məlumatına görə, ötən ilin sentyabrında övladının “Həri” mərasimi olduğunu deyən ifaçı bunu təkzib edib:
“Bilmirəm bu xəbər haradan qaynaqlanır. Hamı soruşur ki, toy nə vaxtdır? Qızım nişanlanıbsa, niyə gizlədim? Belə xeyir işi gizlətmək olmaz. Elə bir hal yoxdur”.
Xatırladaq ki, K.Kərimova qızı ilə bağlı “Star life” verilişində bunları demişdi:
“Bir-birini özləri bəyənib, sevib. Qızımın xeyir işinə çox az qalıb. Hələ nişan olmayıb. Amma elçilik, “həri” mərasimi baş tutub. Tam mən istəyən kimi kürəkənim var. Tərbiyəsi, dünyagörüşü, özünü aparması ürəyimcədir. İstədiyim xüsusiyyətlərin hamısını onda tapdım. Qız köçürmək çox çətindir. İllərcə övladı böyüdürsən, sonra evdən gedir. Ən böyük arzum cavan nənə olmaqdır”.